26 aprel 2014 14:28
Bakı itkilərə rəğmən, Sumqayıta qarşı oyuna hazırlaşıb
Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün komanda oyunöncəsi son məşqini keçirib.
Şən əhval-ruhiyyədə keçmiş hazırlıq prosesində zədəli Cavid Hüseynov və Ruben Qonzales iştirak etməyiblər. Rauf Əliyev və Namiq Ələsgərov isə fərdi proqram əsasında çalışıblar.
(Klub saytı)
