25 aprel 2014 17:11
AÇ-2016-nın açılış və final oyunu Stad de Fransda baş tutacaq
Bu gün Parisdə AÇ-2016-nın təşkilat komitəsinin mətbuat konfransı keçirilir. Azerisport.az xəbər verir ki, konfransda yarışın təqvimi təqdim edilib.
Bütün yığmalar qrup mərhələsində öz oyunlarını üç müxtəlif stadionda keçirəcəklər. Beləliklə, hər bir şəhər 6 yığmanın oyununu izləyəcək. Üçüncü turun oyunları həmişəki kimi eyni vaxtda başlayacaq. Qrup qalibi və ikincisi yalnız finalda qarşılaşa bilər. Oyunlar yerli vaxtla 15:00, 18:00 və 21:00-da başlayacaq.
Hər şəhər ən azı 4 oyunu qəbul edəcək. 7 oyun, həmçinin, turnurun açılış oyunu (10 iyun) və finla oyunu (10 iyul) “Stad de Frans” stadionunda (Paris) baş tutacaq. Yarımfinalları Marsel və Lion şəhərləri qəbul edəcək. Dörddəbir final oyunları isə Lill, Bordo, Marsel və Parisdə (“Stad de Frans”) keçiriləcək.
Xatırladaq ki, Fransa turniri AÇ-nin 24 yığmanın iştirakı ilə keçirildiyi ilk turnir olacaq.
