25 aprel 2014 16:22
Əmrah Çelikəl: Reynaldo haqda söhbətlər Qarabağa mane olmaq üçün ortaya atılır
“Qarabağ”ın idman direktoru Əmrah Çelikəl azerisport.az saytına müsahibəsində komandanın futbolçusu Reynaldonu hətta bir milyon avroya da satmaq istəyinin olmadığını açıqlayıb:
“Düzünü deyim, Türkiyə “Sivasspor”unun oyunçumuza olan marağı haqda eşitməmişəm. Bir milyon avro? Bi onu satmağın marağında deyilik. Bizim öz tapşırıqlarımız var, ilk növbədə, çempionatı qazanmaq və sonra isə ölkə avrokuboklarda layiqincə təmsil etmək. Nədənsə, mənə elə gəlir ki, müvafiq söz-söhbətlər bizə mane olmaq üçün ortaya atılır. Hazırda “Qarabağ” üçün mövsümün ən təhlükəli məqamıdır. Bütün klub qarşıdakı oyun barədə düşünməlidir, “Sivasspor”un hər hansı istəyi barədə deyil”.
