25 aprel 2014 15:55
Millimizin məşqçi qərargahı 32-ci tur oyunlarını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, köməkçiləri Volfqanq Rolff və Ulrix Ştayn Topaz Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Bakı", "İnter" - "Xəzər Lənkəran" və "Qarabağ" - "Neftçi" oyunlarını izləyəcəklər. Azerisport.az xəbər verir ki, Mahmud Qurbanov "İnter" - "Xəzər Lənkəran", Aslan Kərimov isə AZAL - "Rəvan" oyununu izləyəcək.
(AFFA)
