25 aprel 2014 14:28

Kamil Kopunek: Mən əminəm ki, biz Premyer Liqada qala biləcəyik

“Rəvan”ın müdafiəçisi Kamil Kopunek azerisport.az saytına müsahibəsində ölkə Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”yə məğlubiyyətdən (1:3, ilk oyun: 1:1) danışıb:
- Səfər heç-heçəsindən sonra evdə uduzmaq, yəqin ki, acıdır?
- Bəli. Birinci qolu buraxsaq da, ruhdan düşməyib qolumuzu vurduq. Ancaq bir dəqiqə ərzində rəqib hesabı 2:1 edə bildi. Təəssüf ki, məğlub olduq.
- Bəlkə komandanız vurduğu qoldan sonra çox sakitləşdi?
- Sakitləşmədik. Heç bilmirəm necə oldu ki, Flavinyo bir dəqiqə sonra qol vurdu. Qol buraxmamalı idik.
- “Rəvan”a finala çıxmaq üçün nə çatmadı?
- İndi bizə həqiqətən də nəyinsə çatmadığını yəqin ki, demək olar. Bəlkə, uğur, bilmirəm... Finala çıxmağı çox istəyirdik.
- Məğlubiyyətə rəğmən, “Rəvan” yarımfinala çıxmaqla, aartıq çox şeyə nail olub. Belə hesab etmirsiniz?
- Əlbəttə. Hər halda, komandamız finala çıxmağa can atırdı, yolunu yarımfinalda başa vurmağı yox. Məğlubiyyət çox dilxor etdi.
- Premyer Liqada yarış cədvəlini qapayaraq mövqe tutduğunuzu nəzərə alsaq, indi sizə “elita”da qalmaq üçün, xallar qazanmaq lazımdır.
- Mən əminəm ki, biz yaxşı oynayaraq, Premyer Liqada qala biləcəyik.
- Artıq bazar günü sizi AZAL-la oyun gözləyir. Səfərdə üç xal qazana biləcəyinizi düşünürsünüz?
- Razıyam. Çətin olacaq. Həm bu bazar, həm də növbəti həftələrdə biz nəticə əldə etməliyik. Əks halda, mövsümü Birinci diviziona düşməklə başa vura bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.