25 aprel 2014 13:50

Azərbaycan kuboku: final oyununun ilkləri

Azərbaycan kubokun yarımfinal mərhələsinin nəticələrinə əsasən “Neftçi” və “Qəbələ” həlledici matça vəsiqə qazanıblar. Azerisport.az xəbər verir ki, mayın 22-də baş tutacaq final qarşılaşmasına bu 2 klubun çıxması kubok tarixində ilklərə səbəb olub.

Ölkə kubokunun 22 illik tarixində ilk dəfə eyni komanda ardıcıl 3-cü dəfə finala yüksəlib. Buna 2011/12 mövsümündə finalda uduzan, 2012/13 mövsümündə isə kuboku başı üzərinə qaldıran “Neftçi” nail olub. Bakılılar indiyədək heç kimin bacarmadığına imza atıb. Bunadək 6 dəfə eyni klub ardıcıl 2 finalın iştirakçısı olsa da, onlardan heç biri 3-cü mövsümdə bunu təkrarlamamışdı.

22 il ərzində yalnız 3 dəfə eyni baş məşqçi ardıcıl 2 finalda komandasının başında olmuşdu. Böyükağa Hacıyev “Neftçi” ilə ardıcıl 3-cü dəfə həlledici qarşılaşmaya yüksəlməklə ilkə imza atıb.

“Qəbələ” futbol klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Əyalət təmsilçisi bunu bacaran 16-cı komandadır. 8-ci dəfə finala vəsiqə əldə edən “Neftçi” isə bu siyahıya başçılıq edir: “Neftçi” 8, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir”, “Kür” hərəsi 2, “Şəfa”, “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Xəzri”, “MKT-Araz”, “Xəzər” (Lənkəran), “Karvan”, “Qəbələ” hərəsi 1 dəfə.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunda finala komanda çıxaran ilk rusiyalı mütəxəssisdir. Bunadək legionerlərdən yalnız Ukrayna (Valentin Xodukin – 2, Anaroli Konkov, İqor Nakoneçnı), Gürcüstan (Kaxaber Sxadadze), Türkiyə (Cüneyt Biçər), Rumıniya (Mirça Rednik) və Uels (Con Toşak) təmsilçiləri komandalarını həlledici matça daşımışdı. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.