25 aprel 2014 01:11

Qarabağ - Neftçi: zəngin tarixin səhifələri

“Qarabağ” Premyer Liqanın 32-ci turunda “Neftçi”ni qəbul edəcək. Bbütün çempionatların iştirakçıları təbii ki, bir-biri ilə rekord sayda görüşüblər.
Tərəflər indiyə qədər 55 dəfə qarşılaşıblar. Maraqlıdır ki, komandalar hərəyə 17 qələbə qazanıblar. Azerisport.az “Qarabağ” Futbol Klubu mətbuat xidmətinə istinadən, 56-cı derbi öncəsi  qarşılaşma ilə bağlı maraqlı faktları diqqətinizə çatdırır:
“Neftçi” “Qarabağ”ı 11 oyun başqa sözlə, 4 il və ya 1873 gün məğlub edə bilməyib;
“Neftçi”nin texniki qələbəsinə səbəb, hazırda “ağ-qara”ların kapitanı olan Rəşad Sadiqovun karyerası ərzində ilk peşəkar komandası “Qarabağ”ın heyətində meydana çıxması olub;
“Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur;
İndiyə qədər tərəflər arasında 69 oyun keçirilib;
58 oyunun 55-sı çempionatda, 14-ü isə kubokda baş tutub;
Hər iki klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar, üz-üzə gəlməyiblər;
Tərəflər arasında ilk görüş 1992-ci ilin sentyabrının 26-sında baş tutub. Mərkəzi arenada keçirilmiş görüşdə “Qarabağ”dan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi tarixə düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla 1:1 başa çatıb;
Oktyabrın 20-sində isə “İmarət” stadionunda ilk görüş baş tutdu. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları “Qarabağ”ın  ilk qələbəsini reallaşdırıb. Bu tərəflərin çempionatda “İmarət” stadionunda baş tutdan yeganə hələlik oyundur;
“Qarabağ” “İmarət”də baş tutnuş 2-ci və sonuncu oyunda da “ağ-qara”lara qalib gəlib. 1993-cü il mövsümünün kubokunun 1/4 finalında komanda yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutmuş oyun Ağdamda sonuncu olub (“Qarabağ” cavab oyununda qolsuz bərabərliklə mərhələ adlayıb və sonda “qızıl dubl” reallaşdırıb);
Ümumiyyətlə, “Neftçi” müstəqilliyimizin ilk illərində “Qarabağ”ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə “Qarabağ” “Neftçi”yə qələbə sevinci yaşamağa imkan verməyib;
“Neftçi” ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib;
Çempionatda “Neftçi” və “Qarabağ” 17 qələbə qazanıb. 2000-2001 mövsümündə  “Neftçi”yə 3:0-lıq texniki qələbə verilib;
“Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, rəqib 4 dəfə qələbəyə sevinib;
“Qarabağ” səfərdə “ağ-qara”lara 2006-cı ilin fevralın 16-sında məğlub olduqdan sonra 2010-nun noyabrın 28-nə kimi, 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib;
“Qarabağ” - “Neftçi” duellərində ən çox qol vurmuş futbolçu Müşfiq Hüseynovdur (8 qol);
“Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur (5 qol);
Hazırda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur;
Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər iki komandanın heyətində fərqlənmiş futbolçulardır;
Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı, bir oyunda avtoqola imza atıb;
Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb (“Qarabağ”);
Adamiya, ardınca Reynaldo duellər tarixində het-trik etmiş futbolçulardır. Adamiya sabiq komandasına 3 qol vurmaqla, “Qarabağ”a “Neftçi” üzərində böyük hesablı qələbəsini qazandırmışdısa, Reynaldo rəqib üzərindəki sonuncu qələbənin memarıdı. Bununla da, “Qarabağ” ikinci dəfə əzəli rəqibi üzərində böyük hesablı qələbəsini reallaşdırıb;
“Neftçi”  cəmi bir dəfə bunu bacarıb: 2000-ci ilin noyabrın 4-ündə Respublika stadionunda “ağ-qara”ların 4:0-lıq qələbəsi qeydə alınıb;
Elə həmin çempionatda “Qarabağ”ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə “Neftçi”yə texniki qələbə verilib. Həmin futbolçulardan biri isə hazırda “Neftçi”nin kapitanı olan Rəşad Sadiqovdur;
Rəşad Sadıqov və Rəşad Sadiqov eyni zamanda hər iki komandanın kapitanı statusunu daşıyıb;
“Neftçi”yə 2011-ci ilin noyabrın 28-dəki məğlubiyyətə qədər “ağ-qara”lar “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub;
Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500);
 “Qarabağ” - “Neftçi” arasında sadəcə, bir oyunda vərəqə göstərilməyib;
İndiyə qədər derbidə 11 qırmızı vərəqə göstərilib;
Aslan Kərimov iki dəfə meydanı vaxtından əvvəl tərk etməklə, bu göstəricidə liderdir;
Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda “Qarabağ”ın məşqçisidir;
Hazırda 6 futbolçu hər iki komandanın heyətində top qovub;
Namiq Yusifov “Qarabağ” - “Neftçi” - “Qarabağ”, Rəşad Sadiqov isə “Neftçi” - “Qarabağ”-”Neftçi” marşrutu üzrə hərəkət ediblər;
Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 29 dəfə;
İndiyə qədər tərəflər 5 şəhər, 5 qəsəbə, 13 stadionda üz-üzə gəliblər;
Çempionatda baş tutmuş son 7 qarşılaşmada “Qarabağ” 5 qələbə qazanıb.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.