24 aprel 2014 00:18

Kubokun finalçıları bəlli olur

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmalar Bakıda və Lənkəranda baş tutacaq.

Öncə diqqətlər paytaxta yönələcək. "Rəvan" doğma meydanda "Neftçi" ilə haqq-hesab çürüdəcək. Mərhələnin sürpriz komandası olan Bayıl klubu ilk görüşdən də sərfəli nəticə ilə dönmüşdü. "Bakcell Arena"dakı görüş 1:1 hesabı ilə yekunlaşmışdı. "Rəvan"ın turnir cədvəlindəki mövqeyi komandaya mənfi təsir etsə də, kubokun bu mərhələsinə qədər yüksəlmək Bayıl təmsilçisi üçün əlavə stimul sayıla bilər. Bu hesab Güvənç Kurtarın yetirmələrini qane etsə də, "ağ-qaralar"ın ürəyincə deyil. Son 3 ilin çempionunun turnir cədvəlindəki yerini nəzərə alsaq, Böyükağa Hacıyev tək titulunu kubokda qazana bilər. Son oyunda "Neftçi"nin doğma meydanda "Sumqayıt"a məğlub olduğunu da göz önünə gətirsək, "Bayıl Arena"da maraqlı və gərgin oyun olacağını demək olar. Qolsuz heç-heçə və istənilən hesablı qələbə meydan sahiblərini finala daşıyacaq. "Neftçi" isə ya qələbə qazanmalı, ya da 2:2 və ya daha çox qollu heç-heçəyə imza atmalıdı.

Növbəti oyunda isə "Xəzər Lənkəran" və "Qəbələ" komandaları üz-üzə gələcək. Premyer Liqada heç bir iddiası qalmayan cənublular 10 illiyində yalnız kuboku qazanmaq arzusundadı. Lakin ilk oyundan sonra böyük ehtimalla "ağ-yaşıllar"ın bu istəyi də baş tutmayacaq. Qəbələdə qeydə alınan 0:3 hesablı məğlubiyyət Mustafa Dənizlinin komandasını kubokdan kənarlaşdıra bilər. Belə ki, Lənkəran təmsilçisinin oyunu ən azından əlavə vaxta saxlaması üçün 90 dəqiqəni 3:0 hesablı qalib başa vurması lazımdı. "Qəbələ"də isə üzlərin güldüyünü demək olar. Doğma meydanda rəqib qapısından 3 cavabsız top keçirən Yuri Syominin komandası bu görüşə daha rahat çıxacaq. Bundan başqa "qırmızı-qaralar"ın Premyer Liqa iddiası da davam etməkdədi. Mövsüm ərzində göstərdikləri oyuna və ilk oyunun nəticəsinə əsasən "Qəbələ"nin böyük ehtimalla finala vəsiqə qazanacağını demək olar.

Azərbaycan kuboku
Yarımfinal
(cavab oyunları)
24 aprel

17:00. Rəvan - Neftçi
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Bayıl Arena".
İlk oyun - 1:1.

19:00. Xəzər Lənkəran - Qəbələ
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.
İlk oyun - 0:3.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.