24 aprel 2014 12:11

Aleksey Popov: Daha vacib, pullar deyil, adını tarixə yazmaqdır

“Araz”ın qapıçısı Aleksey Popov futzal üzrə UEFA Kubokunun Dördlər finalının başlanğıcı ərəfəsində azerisport.az saytının müxbirinin suallarını cavablayıb:
- Qısa müddət ərzində komandaya evdə keçiriləcək Dördlər finalına hazırlaşmaq və sizə “Araz”da olduğunuz bu müddətdə kollektivin oyununa uyğunlaşmaq nə dərəcədə müyəssər oldu?
- Nəticə göstərəcək. Nəzərdə tutduğumuz hər şeyi yerinə yetirmişik və bu oyuna tam hazır çıxacağıq. Oyuna uyğunlaşmaya gəlincə, mahiyyətcə, bəli və ümid edirəm ki, bu, bizə kömək olacaq.
- Komandanın “Barselona”ya qarşı şanslarını necə qiymətləndirirsiniz?
- Mən bu nöqteyi-nəzərin tərəfdarıyam ki, hakimin final fiti səslənməmiş, bütün komandaların şansı var. Biz qələbə qazanmaq istəyirik.
- İspanların cütün favoriti olması fikri ilə razısınız?
- Ola bilsin ki, “Barsa” favoritdir. Buna rəğmən, güclü olan qalib gələcək və mən bu güclünün “Araz” olmasını istərdim.
- Bu yarışda qələbə təqdirində komandanını oyunçularını qiymətli mükafat gözləyir. Bu, sizi kökləyir?
- Daha vacib, pullar deyil, adını tarixə yazmaqdır. Pulların tükənmək xüsusiyyəti var. Bu qələbə isə ömürlük qalacaq (gülümsəyir).
- Öz adınızı tarixə hansı hərflərlə yazmaq istəyirsiniz - “qızıl”, “gümüş” və ya “bürünc”?
- Mənim hədəfim “qızıl”dır. Ancaq gəlin, ardıcıllıqla hərəkət edək: əvvəlcə, “Barselona”nı məğlub etmək lazımdır ki, bunu etmək, güman ki, çətin olacaq. Belə ki, rəqib qələbə dalınca gəlib.
- Bütün oyunların keçiriləcəyi “Sərhədçi” ürəyinizcədir?
- Çox rahat zaldır. Mənim çox xoşuma gəldi. Əgər zal tamamilə dolu olsa, əla olar.
- Belə bir zalda “Araz”a nə dərəcədə yaxşı dəstək kömək ola bilər?
- Yaxşı dəstək təqdirində bu, çox kömək olacaq. Azərbaycanlılar emosional xalqdır və onlar bizi çılğınlıqla dəstəkləyə bilərlər.
- “Araz”ın UEFA Kubokunun finalına çıxacağı təqdirdə, sizcə, rəqibiniz hansı komanda olacaq?
- Düşünürəm ki, “Dinamo” (Moskva, Rusiya) “Kayrat”ı (Qazaxıstan) məğlub edəcək. Rusiya çempionu mini-yarışa yaxşı formada gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.