24 aprel 2014 21:33

Güvənc Kurtar: Futboçularım bacardıqlarının ən yaxşısını oynadılar

“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilmiş “Rəvan” - “Neftçi” oyunundan (1:3) sonra oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Neftçi” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olduğu üçün oyun üslubumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasa idi oyun başqa cür alınardı. İlk oyunda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1-2 olanda bir neçə real qol imkanından yararlana bilmədik. Futboçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat oyunlarına çox fikir vermədik. Liqa və kubok oyunlarına fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudur, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam”.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.