24 aprel 2014 18:25
İspaniyalı məşqçi İnterə baş çəkdi
AFFA-nın qapıçılar üzrə məşqçi-təlimatçısı Viktor Migel Fernandes 3 gün ərzində “İnter”də olub. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin səfərinin əsas məqsədi klubun Uşaq-Gənclər Futbol Məktəbinin müxtəlif yaş kateqoriyalı komandalarının qapıçıları üçün məşğələlər keçmək idi.
Bu müddət ərzində Viktor Migel Fernandes “İnter”in qapıçılar üzrə məşqçiləri üçün nəzəri məşğələlər də keçib.
Dünən isə ispaniyalı mütəxəssisin U-16 komandası üçün keçirdiyi son məşğələdə “İnter”in UGFM-nin məşqçiləri də iştirak ediblər. Viktor Migel Fernandes qapıçılar üçün bir neçə tapşırıq göstərib və müxtəlif vəziyyətlərdə hərəkətlərlə bağlı tövsiyələrini verib.
