24 aprel 2014 17:40
AFFA və Bolqarıstan FF-nin prezidentlərinin görüşü baş tutub
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri Borislav Mixaylovla görüşüb. Azerisport.az xəbər verir ki, Bakıda keçiriləcək Futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar, Bakıya gəlmiş Borislav Mixaylov ölkəmizə səfərindən məmnunluğunu bildirib, səmimi qarşılanmaya görə minnətdarlıq edib.
Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıb.
(AFFA)
