24 aprel 2014 15:35

Davron Erqaşov: Qəbələ Lənkəranda 3 qol buraxmayacaq

"Qəbələ"nin tacikistanlı müdafiəçisi Davron Erqaşovun azerisport.az saytına müsahibəsi

- Komandada atmosfer necədi? Elnur Allahverdiyevlə bağlı situasiya, Yannik Kamananın komandadan göndərilməsi son iki qələbənin yaratdığı ruh yüksəkliyinə kölgə salmayıb ki?
- Son qələbələrə qədər heç də yaxşı ab-hava yox idi. Amma kubokdakı, Premyer Liqadakı qələbələrdən sonra təbii ki, vəziyyət yaxşılaşıb. Artıq Lənkəranda yaxşı oyun və nəticə gözləyirik. Qeyd etdiyiniz olaylara gəlincə, bunlar komandadakı atmosferə təsir etməyib.

- "Qəbələ"nin pis günlərini geridə qoyduğunu, qələbələrinin davamını gətirəcəyini demək olar?
- Biz də bunu istəyirik. 2014-cü ildəki bərbad startdan sonra vəziyyəti yaxşılaşdırmağa borcluyuq.

- XL ilk oyunda 0:3 hesabıyla uduzsa da, cavab oyununa optimist yanaşırlar. Siz bu barədə nə düşünürsüz?
- Bu, normaldı. Əks halda cavab oyununa çıxmağa dəyməz. Fikrimcə, maraqlı oyun olacaq. Hər şey ola bilər.

- "Qəbələ" Lənkəranda 3 qol buraxa bilər?
- Fikrimcə, 3 qol buraxmayacağıq. İlk oyundakı kimi oynamalıyıq. Belə olsa, finala çıxmağımızda problem yaranmaz.

- Finala çıxsaz, hansı komanda ilə qarşılaşmaq istərdiz?
- "Neftçi" yaxşı komandadı və fikrimcə onlar "Rəvan"a uduzmayacaqlar. Finalda məhz onları gözləyirəm. Finalda "Neftçi"yə qarşı oynamağı çox istəyirəm.

- Adətən rəqiblər daha zəif komanda ilə qarşılaşmağı istəyirlər...
- Kubokun finalı kiçik hadisə deyil. Məncə, "Qəbələ" - "Neftçi" finalının afişası daha cəlbedicidi.

- Siz bilirsiz ki, "Qəbələ" kuboku qazanmaqla tarixi bir uğura imza atacaq və ilk dəfə avrokuboklarda iştirak hüququ qazanacaq?
- Bunu hamı bilir və oyunun məsuliyyətini anlayır. Biz hələ Premyer Liqada da 3-4-cü yerlərdən birini tutmaq şansımızı saxlayırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.