23 aprel 2014 12:44
Draqan Çeran yox, Bədavi Hüseynov
Topaz Premyer Liqasının 31-ci turunun “Simurq” - “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunub. Azerisport.az xəbər verir ki, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb.
Yuxarıda qeyd edilənlə bağlı oyunun protokolunda müvafiq dəyişiklik edilib.
(PFL)
