23 aprel 2014 12:00

Elman Ələkbərov: Arazın Barselona üzərində qələbəsi möcüzə olacaq

Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərov azerisport.az saytına müsahibəsində “Araz”ın futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində “Barselona”ya qarşı oyunda şanslarından və turnirin mümkün yekun nəticəsindən danışıb:
- Bu həftə Bakıda UEFA Kubokunun həlledici mərhələsi baş tutacaq. Bu haqda nə düşünürsünüz?
- Paytaxtımızı futzal bayramı gözləyir. Avropanın ən yaxşı komandalarını görmək imkanımız olacaq. Onların sırasında bizim də komandamızın olması, sevindiricidir. “Barselona”nı Azərbaycanda görmək xoşdur. Bu nöqteyi-nəzərdən, yarışı kimin qazanacağını görmək, mənə maraqlıdır. İlk növbədə, futzal bayramı görmək istəyirəm.
 
- Hər halda, Azərbaycan çempionu İspaniya nəhəngini keçə bilər?
- Əgər düzünü desəm, komandamızın qələbəsi futzal möcüzəsi olar. Bir ay ərzində UEFA Kubokunu qazanacaq komanda qurmaq çətindir.
 
- Demək, hesab edirsiniz ki, təmsilçimizin şansları azdır?
- Şanslar həmişə var. Bu, məhz mənim üçün möcüzə olacaq. Berti Foqtsa afərin olsun ki, məhz İspaniya klubunu çıxarıb. Deyim ki, hətta bəxtimiz gətirdi. Faiz nisbətində şanslarımız 20%-in 80%-ə “Barsa”nın xeyrinədir. Bu 20%-dən istifadə etmək lazımdır. Futzalda bu, az deyil.
 
- Turnirlə bağlı ehtimalınız?..
- Finalda “Barselona” “Dinamo” (Moskva, Rusiya) ilə oynayacaq və moskvalılar yarışı qazanacaqlar. Ümid edirəm ki, mənim ehtimalım səhvdir və finalda “Araz” oynayacaq. Ancaq təəssüf ki. Mən nadir hallarda yanılıram.
Bilirsiniz nə üçün “Araz”a az şans verirəm? Mən məşqçi körpücüyündə bizə qələbə gətirəcək adamı görmürəm. Nə üçün Joze Alesio son AÇ-də Sloveniya yığmasına qarşı əsas heyəti buraxaraq, heç kimə gərək olmayan qələbə qazandı? Üçüncü heyəti buraxıb 20 cavabsız qol yeyərdi. Sonra isə italyanlarla oyunda hətta 1:0 hesablı qələbə bizi dörddəbir finala çıxarırdı. Bizim komandamız isə sloveniyalıları çətinliklə məğlub etdi. Bütün gücünü bu oyunda qoydu, bütün yaxşı tərəflərini rəqibə göstərdi və daha gümrah İtaliya yığmasına qarşı oyunda darmadağın oldu. Ona görə də beş dəqiqəlik oyundan sonra “Barselona” komandamızı oxuyacaq. Bu səbəbdən, bizimkilərə inamım azdır.
 
- “Araz”a nə məsləhət görərdiniz?
- Komandaya Namiq Məmmədkərimovu daxil etmək lazımdır. Bilmirəm o, nə üçün ilk vaxtlarda klubdan kənarda qalmışdı. Bu oyunçu dirəklərin yanında topları qapamaqda ölkədə ən yaxşıdır. O, karyerasında o qədər belə qollar vurub... O, bu komandada olmalıdır. Biz yeni oyunçuların iki min nəfərlik tamaşaçı kütlənin səs effekti altında özünü necə aparacağını hələ bilmirik. Alesio həmçinin, qapıçıları tez-tez dəyişir. Qapıçı öz komanda yoldaşlarını hiss etməlidir. Popov nə qədər yaxşı ola da, belə tezliklə kollektivin ahənginə uyğunlaşa bilməz. O, başqa sistemlə tərbiyə olunub. O, on “ölü top” çıxara bilər, ancaq ümumilikdə, çox çətin olacaq. Hər halda, Azərbaycan çempionuna azarkeşlik edəcəyəm və möcüzə gözləyəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.