23 aprel 2014 11:00

Sumqayıt 490 gün sonra səfər qələbəsinə imza atdı

“Sumqayıt” cari mövsümdə Topaz Premyer Liqasında ilk səfər qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, XXXI turun “Neftçi” ilə “Bakcell Arena”dakı qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn Aqil Məmmədovun yetirmələri rəqib meydanında əvvəlki 14 matçdan heç birində 3 xal əldə etməmişdi. Bu görüşlərdə 5 heç-heçə və 9 məğlubiyyəti olan komanda 9 qol vurmuş, 29-nu buraxmışdı.
Sumqayıtlılar sonuncu dəfə rəqib meydanında 2012-ci il dekabrın 16-da qalib gəlmişdi. Həmin vaxt “Rəvan”ı məğlub edən komanda 2012/13 mövsümünün sonrakı 8 səfər oyununda bu uğuru təkrarlaya bilməmişdi. 490 gün sonra rəqib meydanında sevinən sumqayıtlılar 22 matçlıq həsrətə son qoydu.
Qeyd edək ki, rəqib meydanlarında 22 qələbəsiz oyun Azərbaycan çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. MOİK 35 qələbəsiz səfərlə milli çempionatların antirekordçusudur. Neftçala “Pambıqçı”sı 29, Qusar “Şahdağ”ı 27, “Qarabağ” 24, “Turan” 22 matçlıq səfər qələbəsizliyi yaşayıb.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.