23 aprel 2014 19:33

Baçana Sxadadze: Qarabağı çempionluq münasibətilə artıq təbrik etmişəm

“İnter”in hücumçusu Baçana Sxadadze azerisport.az saytının suallarını cavablayıb, komandasının TPL-in 31-ci turunda “Bakı” üzərində 4:0 hesablı qələbəsindən və klubun gələcək perspektivlərindən danışıb:
- Bu oyun haqda nə deyə bilərsiniz?
- İlk hissədə oyun bərabər idi. Ancaq “Bakı”ya nisbətən, bizim şanslarımız daha çox idi. Topa daha çox nəzarət edirdik. Bununla belə, fasiləyə hesabda irəli getdik. Sonda isə ümumiyyətlə, qələbə qazandıq. Ümumilikdə oyun nəticə oyuna görə idi.
- Yeri gəlmişkən, siz də, rəqibiniz də qol vurdu. Ancaq hakim bu qolları ləğv etdi.
- Düşünürəm ki, orada oyundankənar vəziyyət vardı. Hər iki vəziyyətdə.
- Siz oyunun ilk saatında yaxşı fəaliyyət göstərdiniz. Ancaq sonra, sizi əvəzlədilər. Bu, nə ilə əlaqədar idi?
- Ayağım ağrıyırdı. Məşqçiyə dedim ki, risk etmək istəmirəm. Bu səbəbdən əvəzləndim.
- Yekunda 4:0 hesabını gözləyirdiniz?
- Yox. Düzünü deyim, “Bakı”ya qarşı oyunlarımız həmişə çətin alınır. Həmçinin, bu il onlar əvvəllərə nisbətən, güclüdürlər. Belə hesabı gözləmirdim. Bu qədər vurmağımız isə əladır.
- “Qarabağ”ın məğlubiyyəti ilə birgə bu qələbə, “İnter”in birinci pilləyə nəzəri şanlarını saxlayır.
- Mən onları çempionluq münasibəti ilə artıq təbrik etmişəm. İndi bizim öz məqsədimiz var: ikincilik.
- Əgər avrokuboklara düşmək daha vacibdirsə, “gümüş” və ya “bürünc” əhəmiyyət kəsb edir?
- Əlbəttə, Hər halda, bu, gümüş medaldır. Ötən il və inişil bürünc medalımız olub. Bu isə, irəli addımdır.
- Ölkə Kubokundan kənarda qalmasının “İnter”i yükdən azad etdiyini demək olar?
- Bilmirəm. Düşünürəm ki, biz sadəcə, çempionata dərhal daha yaxşı kökləndik. Ancaq Kubokda məğlubiyyətə acıyırıq. Finala çıxmağı çox istəyirdik. Ancaq bunu artıq unutmuşuq.
- Yarış cədvəlinə rəğmən, mövsümün əvvəlini uğursuz keçirməyinizə yəqin ki, acıyırsınız...
- Çox acıdır. Ancaq bununla belə, ayağa qalxmağımız ikiqat sevinclidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.