23 aprel 2014 18:22
Joze Alesio: Ümid edirəm ki, bu turnirdən sonra bütün dünya Arazı tanıyacaq
“Araz”ın baş məşqçisi Joze Alesio sabah UEFA Kubokunun Dördlər finalı çərçivəsində “Barselona”ya qarşı keçiriləcək yarımfinal oyunu haqda fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, Alesio bunları söyləyib:
“Qonaqları Bakıda salamlayıram. Bu, gözəl şəhərdir. Hamıya uğurlar diləyirəm və ədalətli oyun arzulayıram. Ümid edirəm ki, bu turnirdən sonra “Araz”ı bütün dünya tanıyacaq”.
