23 aprel 2014 14:48

Vitali Borisov: Arazda yerlilərlə legionerlər arasında fərq qoymurlar

“Araz”ın oyunçusu Vitali Borisov UEFA-nın rəsmi saytına müsahibəsində futzal üzrə qitə futbol qurumunun nüfuzlu Kubokunun Dördlər finalı haqda fikirlərini bölüşüb:
“Bu, hər bir oyunçu üçün bayramdır. Bizim bu yarışda ikinci dəfə iştirakımız və turnirin Bakıda keçirilməsi isə ikiqat bayram anlamına gəlir. Bakı əhli istənilən idman yarışını sevinclə qarşılayır və əminəm ki, təşkilat komitəsi turnirin yüksək səviyyədə keçirilməsi üçün hər şey edəcək. Özünüz buna əmin olacaqsınız”, deyə Borisov sözə başlayıb.
“Bütün komandalar eyni şərtlər altında olacaq. Hər birinin zəngin tarixi və təcrübəsi var. Bizi gözləyən dəstəyə şadıq. Ancaq başqa komandalar da təzyiq hiss etməyəcək. Onlar buna öyrəşiblər”, deyə Borisov vurğulayıb.
Təsnifat mərhələsində Lissabonda “Sportinq” üzərində qələbəyə toxunun futzalçı bilidirib ki: “Bu oyunda hadisələr bizə sərf edən yaxşı məcrada gedirdi. Çünki daima hesabda öndə idik. Geridə olsaydıq, faciəvi olardı. Axı bizə heç-heçə də sərf etmirdi. Oradakı ab-havada oynamaq xoş idi. Sanki bayram idi. 5:3 hesabında isə qələbəni demək olar ki, təmin etmişdik. Əlavə meydan oyunçusu ilə onların oyunu alınmırdı”.
“İstənilən qələbə vacibdir. Elit raundda biz üç sanballı komanda ilə yarışdıq, özümüzü göstərə bildik. Bu, final mərhələsində bizə psixoloji əminlik bəxş edəcək”, deyə Borisov vacib məqamı qeyd  edib.
Futzalçımız həmçinin, komandanın 2010-cu ildəki çıxışı ilə müqayisə aparıb: “Komanda təcrübə baxımından artırıb. Komandaya yeni güclü futzalçılar gəliblər və kollektivə uyğunlaşıblar. Oyun nöqteyi-nəzərindən artırmışıq. Nəticəyə gəlincə, buna baxarıq. O zaman qazanılmış üçüncü yer Azərbaycan futzalının zəfəri idi”.
Borisov Bakı turnirinin ötən Lissabon turnirdəki ab-havadan geri qalmayacağını da dilə gətirib: “Biz ancaq azarkeşlərin sayında geri ola bilərik. Orada zal nəhəng idi. Sanki böyük bir stadionda oynayırdıq. Bizim zalımız nisbətən kiçikdir. Çünki arenanın böyük hissəsində Bakı-2015 oyunları üçün yenidənqurma işləri gedir”.
“UEFA Kubokuna düşmək klubumuzun yürütdüyü siyasətdir. Biz final tez-tez mərhələsində oynamalıyıq. Rəhbərlik yaxın gələcəkdə qarşımızda qələbə tapşırığı qoyub və biz bunu artıq aprel ayında həyata keçirməyə çalışacağıq”, deyə təcrübəli futzalçı klubun turnirin final mərhələsində iştirakının vacibliyini qeyd edib.
Borisov komandanın heyəti ilə bağlı diqqətçəkən bir məqamı da açıqlayıb: “Braziliyalılar hazırda hər yerdə var və demək olar ki, bütün klublarda təsadüf olunurlar. Biz bütün oyunçulara isti münasibət bəsləyirik və yerlilərlə legionerlər arasında fərq qoymuruq. Birgə işləyir, istirahət edir, gülüb şənlənirik. Ümumiyyətlə, Azərbaycan xalq çox mehribandır. Braziliyalıların burada uyğunlaşma çətinlikləri yoxdur. İqlim də uyğun gəlir. Axı bizdə də istidir”.
Futzalçı fikirlərini yekunlaşdırarkən, braziliyalı legionerlərlə yerli oyunçular arasında təcrübə və oyun mübadiləsi haqda maraqlı incəlikləri də vurğulayıb: “Gənclər braziliyalılardan çox şey öyrənməlidir. Ancaq biz də onlara göz oluruq. Onların fenomenal texnikası var. Onlar topla doğulub. Bəs onlar bizdən nə öyrənirlər? Bilirsiniz, oyunçular müxtəlifdir: kimsə taktiki planda axsayır, kimsə sürət, çeviklik baxımından üstündür, kimsə intizamda qeyri-nümunəvidir... Hamı bir-birindən nə isə öyrənməlidir. Hər şeyi bilən və bacaran kimsə yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.