23 aprel 2014 01:45
Çelsi Atletiko ilə səfərdə sülh bağladı
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə İspaniya və İngiltərə təmsilçiləri üz-üzə gəlib.
Madrid "Atletiko"su “Visente Kalderon”da "Çelsi"ni qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb. Bu üzdən hər şeyə Londondakı cavab matçında aydınlıq gələcək.
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
22 aprel
Atletiko (İspaniya) – Çelsi (İngiltərə) - 0:0
