23 aprel 2014 13:40
Etto: Mən bu cəzaya layiqəm
“Bakı”nın futbolçusu Etto azerisport.az saytına açıqlamasında TPL-in 31-ci turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyunda (0:4) hakim Rəhim Həsənova kəllə vuraraq, meydandan qovulması nəticəsində AFFA İntizam Komitəsi tərəfindən aldığı 10 oyunluq cəzaya münasibətini bildirib:
“İlk dəfədir başıma belə bir iş gəlir. Karyeram ərzində heç vaxt hakimə qarşı belə təcavüz göstərməmişəm. Baş verənlərə təəssüf edirəm. Başa düşürəm ki, mənim təqsirimdir. 10 oyunluq cəzaya gəlincə, bu, çox amansız cəzadır. Bunu etiraf etmək nə qədər üzücü olsa da, deməliyəm ki, buna layıqəm”.
