23 aprel 2014 00:45
İdan Vaytsman Qəbələyə qarşı oynaya biləcək
"Simurq"un aparıcı müdafiəçisi İdan Vaytsman "Qəbələ"ylə oyunda meydana çıxa biləcək. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun israilli futbolçusu "Xəzər Lənkəran"la oyunda ikinci sarı vərəqədən qırmızı alaraq meydanı tərk etdiyindən, onun hazırda hesabında üç sarı vərəqə var.
Bu səbəbdən təcrübəli müdafiəçi növbəti turda meydana çıxa biləcək.
