22 aprel 2014 12:28
Elxan Məmmədov: Bakıda Mançester Yunaytedin futbol akademiyasını açmaq istəyirik
AFFA-nın baş katibi Elxan Məmmədov Mançester Yunaytedin Yay futbol məktəbinə seçmə turlar layihəsinin startı haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Cari layihə ikinci belə layihədir. Ötən il MU-nun Yay məktəbinə beş yeniyetmə azərbaycanlı futbolçu göndərilmişdi. Bu layihə yeniyetmə futbolunun təbliğatı, məşhurlaşdırılması üçün yaxşı vasitədir. Ötən il Mançesterə yollanmış futbolçular bu dəfə də şanslarını sınaya bilər. Ola bilsin ki, yenə də Mançesterə yollansınlar. Biz həmçinin, Bakıda Mançester Yunaytedin futbol akademiyasını açmaq istəyirik. Bu istiqamətdə hələ ki, danışıqlar gedir”.
