22 aprel 2014 18:11

Maksim Medvedev: Kubokun finalında Qəbələ və Neftçi oynayacaq

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində TPL-in 31-ci turu çərçivəsində keçirilmiş oyunda “Simurq”a məğlubiyyətdən (0:1) danışıb:
- “Qarabağ”ın son nəticələrini nəzərə alsaq, “Simurq”a məğlubiyyət kifayət qədər gözlənilməz oldu...
- “Simurq” bizim üçün bir qədər çətin rəqibdir. Qələbəyə səbəbimiz vardı. Bu mövsüm üç dəfə heç-heçə etməklə məğlub edə bilməmişdik. Bunu aradan qaldırmaq istəsək də, alınmadı. Ciddi hazırlaşmışdıq. Ot örtüyünün vəziyyəti də sözünü dedi. Onlar bu meydana adət ediblər. Daim orada məşq edirlər. Digər tərəfdən, düşünürəm ki, yaxşı ki, məğlub olduq. Bəlkə bu, bəzi futbolçular üçün təlatüm oldu: özlərinə gələcəklər və növbəti oyunda daha böyük əzmlə oynayacaqlar.
- Demək, belə desək, komandanız hər halda, vaxtından əvvəl arxayınlaşıb?
- Deməzdim. Əksinə, ehtiyatla çıxmışdıq ki, büdrəməyək. Deməzdim ki, meydana arxayın çıxmışdıq. Vəziyyətlərimizi qiymətləndirsəydik, hər şey başqa olardı.
- Rəqibin qələbəyə layiq olması fikri ilə razısınız?
- Mən belə hesab etmirəm. Mahiyyətcə, biz meydanda böyük üstünlüyə malik idik. Ancaq onlar “standart” vəziyyətdən yararlanıb şanslarından istifadə etdilər. Hələ birinci hissədə qollar vura bilərdik. Ancaq bacarmadıq. İndi “Neftçi”yə qarşı oyuna hazırlaşacağıq.
- Yeri gəlmişkən, “neftçilər” bu turda öz meydanında “Sumqayıt”a məğlub oldular (1:3). Bu oyun haqda nə deyə bilərsiniz?
- Onların oyunu haqda heç nə deyə bilmərəm. Belə desək, onların öz işidir. Əgər yarış cədvəlinin autsayderi qələbə qazana bilibsə, demək bu, səbəbsiz deyil. Əlbəttə, meydana arxayın çıxıb rəqibi qiymətləndirməyəndə, uğursuz nəticə yaşanır.
- Sizə elə gəlmirmi ki, “Qarabağ”ın nominal mərkəz hücumçusu ilə bağlı problemlərini var? Axı son oyunlarda hücumun sivri ucunda yarımmüdafiəçilər yer alır...
- Bəli, bizim Zlatan İbrahimoviç kimi sırf hücumçumuz yoxdur. Bu mənada ki, bizim oyunumuz elədir ki, hər şey bir hücumçunun ətrafında qurulmur. Komandamızda sırf hücumçu Nikoloz Gelaşvili var. Ancaq oyun zamanı o sol cinahda görünə, meydanın dərinliyindən fəaliyyət göstərə bilər.
- Bu yaxınlarda ölkə Kubokunun ilk yarımfinal oyunları keçirildi. “Qəbələ” “Xəzər Lənkəran”ı məğlub etdi (3:0)., “Neftçi” isə “Rəvan”la heç-heçə oynadı. Sizcə, hansı komandanın finala çıxmaq şansları daha yüksəkdir?
- Aydındır ki, “Qəbələ”nin şansları ən yüksəkdir. Düşünürəm ki, “radarlar”ı 4:0 hesabı ilə məğlub etmək “Xəzər Lənkəran” üçün nağıldır. Digər cütə gəlincə, heç-heçəyə rəğmən, “Neftçi”nin ehtiyatı “Rəvan”dan çoxdur. Düşünürəm ki, biz finalda “Qəbələ” və “Neftçi”ni görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.