22 aprel 2014 17:33

Ürfan Abbasov: Sevincdən hara qaçacağımı da bilmirdim

Ürfan Abbasov Qəbələdə keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən "Rəvan"-"Qəbələ" matçında fərqlənən müdafiəçi klub tarxinə rəqib qapısına yol tapan 84-cü futbolçu kimi düşüb.
Abbasov Premyer Liqada fərqlənən 62-ci Qəbələlidir. İlk qolun təəssüratlarını gabalafc.az-la bölüşən Abbasov bu hissi yaşadığına görə çox sevincli olduğunu deyib:
"Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı. Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb komandama kömək edəcəyəm".
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.