22 aprel 2014 17:22
Sumqayıt FK-da seleksiya xarakterli toplanış keçirilib
"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə şəhərimizdə Futbol Festivalı keçirilib. Azerisport.az xəbər verir ki, 7-15 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunub.
Sumqayıtda yerləşən yeni meydançada baş tutan tədbirdə 150-dən artıq uşaq iştirak edib. Seleksiya xarakterli toplanışda "Sumqayıt" FK-nun idman direktoru Frank Bernhardtdan başqa, əsas komandanın baş məşqçisi Aqil Məmmədov, köməkçiləri və futbolçu heyəti də iştirak edib. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən futbolçular yaxın gələcəkdə "Sumqayıt" Futbol Klubunun akademiyasına cəlb olunacaq.
(Klub saytı)
