22 aprel 2014 16:55
Dördlər finalı ərəfəsində Mətbuat konfransları keçiriləcək
Futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar Sərhədçi Olimpiya İdman Mərkəzində mətbuat konfransları təşkil olunacaq. Azerisport.az xəbər verir ki, aprelin 23-də, saat 17:30-da "Kayrat" - "Dinamo", saat 17:45-də isə "Araz" - "Barselona" oyunu ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd: Mətbuat konfranslarında futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini təqdim etməklə iştirak edə bilər.
(AFFA)
