22 aprel 2014 16:44
Cavid Hüseynov: Etto böyük səhv edib
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına açıqlamasında komanda yoldaşı Ettonun TPL-in 31-cu turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyunda (0:4) hakimə kəllə ataraq meydan qovulmasına münasibətini bildirib:
“Etto hakimi vurmaqla böyük səhvə yol verdi. Komanda yoldaşım olmasına rəğmən, onu mühakimə edirəm. Əminəm ki, mənimlə bütün komanda razılaşacaq. Ona 10 oyunluq cəza kəsilib. Qoy çəksin. Bəlkə səhvini anlayar”.
