22 aprel 2014 16:22
Мikel Аlvaro: Bu oyun 3 yox, 6 xal uğrunda idi
“İnter”in ispaniyalı futbolçusu Mikel Alvaro Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən "Bakı" - "İnter" (0:4) görüşü haqqında danışıb. Azerisport.az xəbər verir ki, Alvaro bunları söyləyib:
"Bu matç hər iki komanda üçün çox vacib idi. Belə oyunlar 3 yox, 6 xal uğrunda olur. "Bakı" ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbə qazandıq. Son oyunlarda komandamız yaxşı futbol sərgiləyir. Hədəfimiz medalçılar arasında yer almaqdır və bizim bunu etmək üçün yaxşı şanslarımız var. Çempionatda daha 5 tur qalıb və bu görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü yaxşı şəkildə başa çatdırmaq istəyirik".
Qeyd edək ki, "Bakı"-"İnter" matçında Mikel Alvaro rəqibin qapısından 1 top keçirib. Bu yarımmüdafiəçinin cari mövsümdə vurduğu sayca 4-cü qolu olub.
(Klub saytı)
