22 aprel 2014 15:48
Viktor Serebryanikov: Tarixə düşmək üçün Tofiq Bəhramov FIFA prezidentinə qara kürü və konyak daşıyırdı
Kiyev “Dinamo”sunun heyətində beşqat SSRİ çempionu Viktor Serebryanikov məşhur hakiminiz Tofiq Bəhramov haqda fikirlər səsləndirib. Azerisport.az Serebryanikov açıqlamasını diqqətinizə çatdırır:
“DÇ-66-nın İngiltərə - Almaniya finalına yan xətt hakimi Tofiq Bəhramovu təyin etdilər. Bu, hakim üçün böyük şərəfdir. Tarixə düşmək üçün Tofiq FIFA prezidenti Stenli Rouza çemodanla qara kürü və konyak daşıyırdı”.
(SE)
