22 aprel 2014 14:28

Kazbek Tuayev: Reynaldo Azərbaycan üçün can qoymayacaq

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində Reynaldo, Araz Abdullayev, Vaqif Cavadov və “Neftçi” haqda danışıb:
- Az qala bütün ötən həftəni “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonun millimizdə oynamaq istəyi haqda danışılıb. Sosial şəbəkələrdə azarkeşlər qəribə də olsa, bunun lehinədir.
- Bilirsiniz, bu, azarkeşlərdir axı. Bu işin qeyri-ciddi olduğunu hesab edirəm. İcraiyyə Komitəsi futbolçularının xeyrinə müxtəlif qərarlar qəbul edir. Gənclərə qapı açırıq ki, onlar tez-tez oynasınlar. Siz isə legionerləri cəlb etmək haqda danışırsınız.
- Yığmanın bəzi futbolçuları da bu fikirdədir...
- Onlar yaxşı bilər. Axı onlar legionerlərlə yan-yana oynayır. Muzdlu həmişə muzdlu olaraq qalır. Onlar lazım olduğu kimi oynamayacaqlar. Biz nə qədər istəsək də, Reynaldo Rəşad Sadıqov və ya Kamran Ağayev kimi, Azərbaycan üçün can qoymayacaq. Ola bilsin ki, ayrıca oyunlarda o, nəsə göstərsin. Ancaq ümumilikdə nəticə olmayacaq. Mən milliləşdirmənin əleyhinəyəm.
- “Neftçi” Premyer Liqanın son turunda autsayder “Sumqayıt”a ağrısız təslim oldu. Bunu gözləyirdiniz?
- Gəlin, ondan başlayaq ki, “Sumqayıt” artıq autsayder deyil (gülümsəyir). Bu komanda özünü artıq zəhmli avtoritet kimi təsdiqləyib. Bax orada adamlar futbol eşqi ilə yanırlar. Yerli oyunçular böyük həvəslə oynayır. “Neftçi”yə gəlincə, komanda ilə nə baş verdiyini deyə bilmərəm. Onları mühakimə edə bilmirəm. Rəhbərlik nəticə çıxarmalı, tədbir tökməlidir.
- Oyundan sonra bakılıların baş məşqçisi Böyükağa Hacıyev bildirib ki, öz yetirmələrinin yerinə olsaydı, həmin gecə intihar edərdi...
- Onun sözlərinə əhəmiyyət vermək lazım deyil. Bütün bunlar məşqçinin hissləridir. Komandanın çempionluqdan sonrakı dövrü var. Ardıcıl üç çempionluqdan sonra itki ilə barışmaq çətindir.
- Bunu Araz Abdullayev daha pis keçirir. Azarkeşləri təhqir edir, yol hərəkəti qaydalarını pozur...
- Rəhbərlik ölçü götürməlidir. Yoxsa bu, davam edəcək. Futbolçu özünü nümunəvi aparmalıdır. Yəqin oğlanın yenə ulduzluğu tutub. Özünün maddi varı və məşhurluğu ilə bacara bilmir.
- Ötən həftə Rusiya KİV-də Cavadovla “Rubin”, “Krılya Sovetov” və “Volqa” klublarının maraqlanması haqda məlumat yayılıb...
- Mən bizim futbolçuların yaxşı komandalarda oynamasının tərəfdarıyam. Ona futbolçu kimi hörmətim var. Əgər indi getsə, düşünürəm ki, cəhdi baş tutar. O, bu imkanı əldən verməməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.