22 aprel 2014 14:22
Rəvan yarımfinala hazırlaşır
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində "Neftçini qəbul edəcək "Rəvan hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Aslanların dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak edibilər.
Əcnəbi cinah müdafiəçisi bugünkü məşqə də qatılmayacaq.
Topaz Premyer Liqasının XXXI turunda "Qəbələ ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatdığını söyləmək olar. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, baş məşqçi Güvənç Kurtar aprelin 24-də "Bayıl Arenada keçiriləcək "Rəvan "Neftçi matçında daha 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər - Orxan Lalayev və Cəmşid Məhərrəmov zədə üzündən oyunu kənardan izləməli olacaqlar.