22 aprel 2014 14:11
İK Elnur Allahverdiyevlə bağlı qərarını dəyişdi
Apelyasiya Komitəsi İntizam Komitəsinə müraciət edərək Qəbələ klubunun futbolçusu Elnur Allahverdiyevə İntizam Komitəsinin 18 aprel 2014-cü il tarixli iclasında verilmiş 5 oyunluq cəzaya yenidən baxılmasını bildirib. Azerisport.az xəbər verir ki, İntizam Komitəsi baş vermiş hadisəni ətraflı araşdırdıqdan sonra məsələyə yenidən baxaraq aşağıdakı qərarı qəbul edib:
Qəbələnin futbolçusu Elnur Allahverdiyevə verilmiş 5 oyunluq cəza ölkə kuboku matçlarına şamil edilsin.
Qeyd edək ki, əvvəlki qərara əsasən Allahverdiyevin 5 oyunluq cəzası Premyer Liqa oyunlarına şamil edilmişdi.