22 aprel 2014 14:00
İnterin baş məşqçisinə 5, Bakının baş məşqçisinə 1 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Rəvan Qəbələ matçında stadionda PFL və Respect bayraqları olmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.
Bakı İnter matçında Bakının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 49-cu dəqiqəsində Bakının baş məşqşisi İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində İnterin baş məşqşisi Rüstəm Əliyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.