22 aprel 2014 13:40
Branimir Subaşiç məşqçisiz qaldı
Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”da baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, Erkan Sözər tutduğu postdan imtina edib.
İstefaya səbəb son turda “Bucaspor”a məğlubiyyət göstərirlir. Həmin matçda Ordu təmsilçisi 14-cü dəqiqədə Branimir Subaşiçin qolu ilə önə keçsə də, sonradan üstünlüyünü əldən vermişdi - 1:2.
"Orduspor"un yeni baş məşqçisinin kim olacağı hələlik, dəqiqləşməyib.
