22 aprel 2014 13:22
AFFA Runi və Fergüsonu Bakıya dəvət etmək istəyir
Yeniyetmə azərbaycanlı futbolçuların “Mançester Yunayted”in Yay məktəbinə seçmə turunun final mərhələsinə “qırmızı iblislər”in adlı-sanlı futbol simalarının dəvət edilməsi nəzərdə tutulub. Azerisport.az xəbər verir ki, AFFA qonaqlar arasında sabiq baş məşqçi Aleks Fergüson və komandanını hücumçusu Ueyn Runini görmək istəyindədir.
Xatırladaq ki, ötən il bu məqsədlə məşhur Endi Koul paytaxtımızıa dəvət almışdı. Seçmə turun final mərhələsi 2-5 iyun aralığında Bakıdakı “Dalğa Arena”da baş tutacaq”.
