22 aprel 2014 12:55
AFFA Ayaks və Barselona ilə danışıqlar aparıb
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda xarici klubların futbol akademiyalarının açılması planları haqda danışıb. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Bu məsələ ilə bağlı müxtəlif klublarla danışıqlar aparırıq. “Ayaks”ın akademiyasını aça bilərdik. Ancaq bu, çox bahadır. Həmçinin, Portuqaliyanın “Sportinq” klubunun akademiyasını açmaq istəyirik. Ancaq bu xeyir gətirməyə xidmət etməli, tələsik qərar olmamalıdır. Biz bu məsələ ilə bağlı “Barselona” ilə də danışıqlar aparmışıq. Ancaq onlar akademiya açmaq istəmirlər. Onlar ancaq məktəb açmaq istəyirlər və treninqlər keçirlər. Biz isə akademiyanın açılmasında israrlıyıq”.
