22 aprel 2014 12:44
Elxan Məmmədov: TPL klublarının idman direktorları bölgələrdə istedadlı uşaqlara baxmaq istəyirlər
AFFA-nın baş katibi Elxan Məmmədov Mançester Yunaytedin Yay futbol məktəbinə seçmə turlar layihəsinin bu dəfə TPL klublarının idman direktorları tərəfindən keçirilməsinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Ötən il biz bu məqsədlə yerli məşqçiləri dəvət etmişdik. Bu dəfə isə layihəni klubların yeni idman direktorlarına həvalə etmişik. Həmçinin, onlar Azərbaycanın bölgələrində istedadlı uşaqlara baxmaq istəyirlər”.
