21 aprel 2014 12:55
Ufuk oynamadı, komandası biabır oldu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 36-cı turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın şərəfini qoruduğu "Qaziantep BB" növbəti matçına çıxıb.
Qaziantep təmsilçisi doğma azarkeşlər önündə "İstanbul BB" klubunu qəbul edib və qapısından 4 cavabsız top buraxıb. Budağın adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" 36 turdan sonra 38 xalla 14-cü pillədədi.
