21 aprel 2014 11:01
Dördlər finalının oyunları canlı yayımlanacaq
Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək final mərhələsinin oyunları canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, görüşlər İdman Azərbaycan kanalı vasitəsi ilə azarkeşlərə təqdim ediləcək.
Təqvimi diqqətinizə çatdırırıq:
1/2 final, 24 aprel
18:30. "Kayrat" - "Dinamo"
21:00. "Araz" - "Barselona"
26 aprel
19:00. III yer uğrunda oyun
21:30. Final
Bütün oyunlar Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək.
