21 aprel 2014 16:48
TPL-də Paraqvay möhürü
Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilmiş “Bakı” - “İnter” oyunu “bankirlər” üçün bir sıra statistik göstəricilərlə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, oyunda fərqlənmiş Derlis Meza Kolli Azərbaycan Çempionatda “İnter” üçün qol vurmuş sayca 84-cü futbolçu oldu.
Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk paraqvaylı futbolçu kimi tarixə düşdü.
Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 31 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir.
Qeyd edək ki, “İnter” tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan, Fransadan və İspaniyadan olan futbolçular da fərqləniblər.