21 aprel 2014 15:33
Syomin təkzib etdi
“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov TPL-in 31-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdiyi oyunda (2:1) heç bir zədə almayıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Yuri Syomin oyundan sonra KİV-də yayılmış bu məlumatı təkzib edib:
“Bu, tamamilə yanlış məlumatdır ki, guya İzmaylov hansısa taksidə çıxıb gedib. Bu gün Maratın heç bir zədəsi belə, yoxdur”, deyə Syomin “R-Sport” agentliyinə bildirib.
