21 aprel 2014 15:22
Marat İzmaylov Xəzər Lənkərana qarşı oyunu buraxacaq
“Qəbələ” TPL-in 31-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdiyi oyundan sonra (2:1) Bakıda qalıb. Azerisport.az xəbər verir ki, Yuri Syominin yetirmələri ölkə Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyuna hazırlığı Bakıda davam etdirirlər.
Ancaq “radarlar”ın heyətində itki var. Marat İzmaylov sarı vərəqələr həddini aşdığından komandasına kömək edə bilməyəcək.
