21 aprel 2014 13:13
Barselona bu gün Bakıya gəlir
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının iştirakçılarından biri olan İspaniyanın “Barselona” komandası bu gün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, “Dinamo” (Moskva, Rusiya) sabah, Qazaxıstanın “Kayrat” komandası isə aprelin 23-də ölkəmizə gələcək.
Hər üç komanda “Hilton” otelində məskunlaşacaq.
“Araz” isə AFFA Akademiyasında məskunlaşıb.
Xatırladaq ki, turnirin yarımfinal cütləri: “Kayrat” - “Dinamo” və “Araz” - “Barselona” aprelin 24-də “Sərhədçi” idman kompleksində üz-üzə gələcək.
