21 aprel 2014 13:50
Azərbaycanlı qapıçının klubu yenə məğlubiyyətlə üzləşdi
Azərbaycanlı qapıçı Davud Kəriminin formasını geyindiyi "Fəthiyəspor" Türkiyə PTT 1-ci Liqasında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Fəthiyə təmsilçisi 36-cı tur çərçivəsində "Adana Dəmirspor"un qonağı olub.
Kəriminin adı oyunun protokoluna daxil edilməyib və komandası 1:3 hesablı məğlubiyyətlə üzləşib.
36 turdan sonra aktivində 32 xal olan "Fəthiyəspor" 18-ci pillədə qərarlaşıb.
