21 aprel 2014 13:11

Vaqif Cavadov: İnter bacardığı kimi oynadı

“İnter”in hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində TPL-in 31-ci turu çərçivəsində keçirilmiş oyunda “Bakı” üzərində qələbədən və mövsümün yekununda komandasının ikincilik şanslarından danışıb:
- “Paytaxtlılar”a qarşı oyun haqda nə deyə bilərsiniz?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. “Bakı”nın əsas rəqiblərimizdən olduğunu bilirdik. Onlar da bizim kimi, ilk üçlük uğrunda mübarizə aparırlar. Şadam ki, bu görüşdə yaxşı oyun göstərib vacib qələbə qazandıq.
 
- Ettonun qovulması və Noqeyranın son dəqiqələrdə zədə səbəbi ilə yoxluğunun sizə belə böyükhesablı qələbəyə imkan verdiyini demək olar?
- Sonda hamı kimin zədəli, kimin olmadığına deyil, nəticəyə baxır. Biz sadəcə, bacardığımız kimi oynadıq. Əlbəttə, belə olacağını və belə bir qələbə qazanacağımızı gözləmirdik.
 
- İkinci pilləni saxlayacağınızı düşünürsünüz?
- Bu haqda xüsusilə düşünməmişəm. Əsası, hər oyunda uğura nail olmaqdır. Sonrasına baxarıq.
 
- Bəs ümumilikdə “İnter”in “gümüşə” olan şanslarını necə qiymətləndirirsiniz?
- Şanslar var. Ancaq elə “Bakı”nın da şansları var. Qarşıda hələ beş tur var. Hər şey ola bilər.
 
- Bir müddət sonra siz yenə də qol vurdunuz və Reynaldo ilə top fərqini 6 topa endirdiniz.
- Mən buna xüsusi diqqət ayırmıram. Əsası, komandanın fəaliyyətidir. Əlbəttə, şadam ki, qol vurdum. Ancaq “İnter”in qalib gəlib üç xal qazanması vacibdir.
 
- Yeri gəlmişkən, bu yaxınlarda ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib və “Qəbələ” “Xəzər Lənkəran”ı məğlub edib (3:0). “Neftçi” isə evdə “Rəvan”la heç-heçə oynayıb (1:1). Komandaların finala çıxmaq şansları necədir?
- Yəqin ki, heç kim “Xəzər Lənkəran”ın belə böyük hesabla “Qəbələ”yə məğlub olacağını düşünmürdü. Ancaq “radarlar” üç qol vurubsa, “gəmiqayıranlar” da buna qadirdir. Eləcə də, “Neftçi” - “Rəvan” oyunu. İlk oyundakı nəticəyə rəğmən, cavab oyununda hər şey ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.