20 aprel 2014 11:00

Oqtay Abdullayev Qarabağın çempionluğunu bu tur təxirə saldı

"Neftçi"nin sabiq oyunçusu, futbol mütəxəssisi Oqtay Abdullayev TPL-in 31-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:

Bakı - İnter
Güman ki, çox çətin oyun olacaq. Ancaq son vaxtlar "İnter" yüksəlişdədir.  "Bakı" da pis oynamır. Ancaq düşünürəm ki, bu görüşdə məhz "bankirlər" qələbə qazanacaqlar.

Simurq - Qarabağ
Bu oyunun nəticəsini təxmin etmək bir qədər çətindir. "Simurq" yaxşı komandadır. Doğma divarlar arxasında isə onların qol buraxacağını düşünmürəm. Mən "Qarabağ"ın qələbəsinə qoyuluş edərdim. Ancaq daha çox heç-heçəyə meylliyəm (bu halda "Qarabağ"ın ölkə çempionluğunu rəsmiləşdirməsi təxirə düşür - qeyd).

Neftçi - Sumqayıt
Məlum olduğu kimi, "Rəvan"a qarşı ölkə Kubokunun yarımfinalı çərçivəsində ilk oyun göstərdi ki, "Neftçi"də aradan qaldırmalı olduğu bəzi çatışmazlıqlar var. Əminəm ki, bu oyundan sonra "neftçilər" bütün səhvlərini nəzərdən keçirəcək və "bunların "Sumqayıt"la oyunda təkrarlanmasının qarşısını alacaqlar. Beləliklə, mən "Neftçi"nin qələbəsini təxmin edirəm.

Rəvan - Qəbələ
Son oyunlar göstərir ki, "Qəbələ" tədricən öz oyununu qaytarmağa başlayıb. "Rəvan"ın isə bütün fikri-zikri yəqin ki, Kubokun cavab görüşündədir. Bu səbəbdən, hesab edirəm ki, "Qəbələ" üç xalı qazanacaq.

Xəzər Lənkəran - AZAL
Tərlan Əhmədovun gəlişi ilə AZAL normal oyun göstərməyə başlayıb. "Xəzər Lənkəran" daha çox ölkə Kubokunun "radarlar"a qarşı cavab oyununu düşünəcək. Təxmin edirəm ki, heç-heçə görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.