20 aprel 2014 20:37
"Neftçiyə layiqli şəkildə qalib gəldik"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbə həmişə sevindiricidi. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidi. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdı. “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyəmeylli futbolçuları azdı. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.
