20 aprel 2014 20:10
Qurban Qurbanov: Məğlub olmağı haqq edirdik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
Oyun haqqında deyiləsi o qədər də çox fikir yoxdu. Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə, bir standart vəziyyətdən yararlandılar. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdı. Suni ot örtüyü və hava şəraiti, istər-istəməz, oyuna təsir etdi. Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
