20 aprel 2014 19:27
"Bu, indiyədək oynadığımız ən yaxşı oyun idi"
"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Məğlub olduq, amma, bu, indiyədək oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə komandamın hər bir oyunçusunu təbrik edirəm”.
